Türkiyənin "ATIŞ YAPI Sənaye Ticarət" şirkəti Azərbaycanda ofis açmaq istəyir.
Azərbaycanlı İş Adamları Birliyi yaradılacaq - AKTAUDA TOPLANTI
FED.az İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, bu məsələ qurumda şirkət nümayəndələri ilə keçirilən görüşdə müzakirə olunub.
AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov Azərbaycandakı ticarət və investisiya imkanları, Agentliyin fəaliyyət istiqamətləri, sahibkarlara göstərdiyi dəstək tədbirləri barədə məlumat verib.
"ATIŞ YAPI Sənaye Ticarət" şirkətinin turizm və xidmət sektoru üzrə direktoru Ramazan Özgür isə inşaat, maliyyə, turizm, İT, mebel satışı sahələrində fəaliyyət göstərdiklərini bildirib, həyata keçirilən layihələr, Azərbaycanda ofis açılması niyyətləri barədə məlumat verib.
Görüşdə Türkiyə şirkətinin ölkəmizdə fəaliyyətinin təşkili edilməsi istiqamətində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. (Report)