2017-ci illə müqayisədə 2018-ci ildə Türkiyənin ayaqqabı ixracı 15,6 faiz artımla 888,1 milyon dollara yüksəlib.
FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçən il ərzində ən yüksək ixrac, 2017-ci illə müqayisədə 77,9% artımın baş verdiyi və 132,1 milyon dollarlıq ayaqqabının satıldığı Rusiyaya həyata keçirilib. Ümumi ixracın 21,6%-i bu ölkəyə aparılıb.
Türkiyədən İraqa 83,4 milyon dollarlıq, Almaniya 61,3 milyon dollarlıq, Səudiyyə Ərəbistanına 32,3 milyon dollarlıq, Rumıniya 33,1 milyon dollarlıq, İspaniyaya 28,7 milyon dollarlıq, İtaliyaya 24 milyon dollarlıq, Bolqarıstana 22,8 milyon dollarlıq, İngiltərəyə 21,4 milyon dollarlıq, Fransaya 13,4 milyon dollarlıq ayaqqabı ixrac olunub.
Ən çox ayaqqabı ixrac edilən ilk 10 ölkəyə 452 milyon 559 min dollarlıq ayaqqabı satılıb. 28 Avropa Birliyi ölkəsində ixrac edilən ayaqqabıların məbləği 289 milyon dolları aşıb.
Əvvəlki il 220 milyon 414 min cüt olan ayaqqabı ixracı 12,9% artımla 2018-də 248 milyon 869 min cütə qalxıb.