Türkiyənin “TAV Hava Limanları” holdinqi “VPE Capital” konsorsium tərəfdaşı ilə birlikdə Qazaxıstanın Almatı Beynəlxalq Hava Limanında 100 faiz paya sahib olmaq barədə müqavilə imzalayıb. Sazişdə hava limanının 415 milyon dollara alınması nəzərdə tutulur.
Eləcə də bax: Azərbaycan şirkəti Türkiyənin məşhur restoran şəbəkəsinə - SƏRMAYƏ QOYUR
FED.az xəbər verir ki, Almatı hava limanı bu holdinqin sayca 15-ci aeroportu olacaq.
Qeyd edək ki, bundan əvvəl Qazaxıstan Sənaye və İnfrastruktur İnkişaf Nazirliyi Almatı Hava Limanı və “TAV Hava Limanları” holdinqinin səhmdarları tərəfindən hava limanının alınması ilə bağlı danışıqlar apardıqlarını bildirmişdi.
Asiya ilə Avropa arasında əsas tranzit qovşağı olan Almatı strateji olaraq müasir İpək yolunun üzərində yerləşir. Qazaxıstan həm coğrafi, həm də iqtisadi baxımdan regionun ən böyük şəhəridir.
Azərtac