Türkiyə 2018-ci ildə 17 milyard 642 milyon dollarlıq hazır geyim ixrac edib.
FED.az xəbər verir ki, bunu İstanbul Geyim İxracatçıları Asossiasiyasının sədri Mustafa Gültepe bildirib.
Eləcə də bax: Bu şirkət dünyanın ən bahalı şirkəti oldu
Geyim ixracı 2017-ci illə müqayisədə 3,6 faiz artıb.
Gültepe, verdiyi yazılı açıqlamasında, hazır geyim sənayesinin ixracda Türkiyə tarixinin rekordunu qırdığını bildirib. Qeyd edib ki, geyim sektoru avtomobil sənayesindən sonra ixracda ikinci böyük sektordur.
Türkiyə hazır geyimlərin 71%-ni Avropa Birliyi ölkələrinə ixrac edib.
"Ən böyük bazarımız olan Avropa Birliyində artan rəqabət və iqtisadiyyatlardakı qismi mənfi hallara baxmayaraq ixracatımızı artıra bildik. Xüsusilə İspaniya, Hollandiya və Rusiya bazarlarındakı yüksək performans ixraca müsbət istiqamətdə əks olundu. Digər tərəfdən, 2016 və 2017-ci illərdə ölkəmizə gəlməkdə tərəddüd edən alıcıların yenidən Türkiyəyə yönəlməsi də bu artımda təsir göstərib. 2018-ci ili 17 milyard 642 milyon dollar ixracla bağladıq".