Türkiyənin podratçı şirkətləri bu ilin ilk 6 ayında Azərbaycanda 543 milyon dollarlıq layihə həyata keçirib.
FED.az xəbər verir ki, bu barədə Türkiyə Podratçılar Birliyinin tikinti sektoru üzrə iyul hesabatında qeyd olunub.
Məlumata görə, cari ildə ümumilikdə 6,5 milyard dollarlıq layihə icra edilib. Ölkəmiz Zambiya, Sloveniya və Qazaxıstandan sonra dördüncü pillədə qərarlaşıb.
Hesabatda illik lahiyə icrasının 200 milyard dollara çıxarılmasının hədəfləndiyi qeyd olunub. (Trend)