Keçən həftə 0.6% artan dollar/TL məzənnəsi yeni həftəyə də yüksəlişlə başlayıb.
FED.az xəbər verir ki, bu səhər ən aşağı 5.79-u görən məzənnə daha sonra yüksələrək 5.8496-ya qədər yüksəlib. Türk Lirəsi Dollar qaşısında 0,75% dəyərdən düşüb.
Eləcə də bax: Türkiyə "mənfi"dən "sabit"ə qaldırıldı - "TÜRK LİRƏSİ "ÖLMƏDİ""
Ötən həftə Türkiyə Mərkəzi Bankının proqnozdan yüksək faiz endiriminə məzənnənin reaksiyası məhdud olmuşdur.
Mərkəzi Bankın faiz endirimlərinə davam edə biləcəyi ehtimalı TL üçün narahatlıq yaradır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən verdiyi açıqlamalar da ABŞ ilə əlaqələrdə risk ünsürü olaraq qiymətləndirilir.
Marja