Azərbaycanın sənaye parklarında işləyən rezidentlər arasında hələlik Türkiyə şirkətləri yoxdur.
FED.az xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Standartların tətbiqi: Azərbaycan və Türkiyənin əməkdaşlığı” konfransında deyib.
Eləcə də bax: Xaricilərin ən çox səhmini aldığı Türkiyə şirkətləri – SİYAHI
Onun sözlərinə görə, bu gün türk iş adamları sənaye məhəllələrində, xüsusilə də Hacıqabulda iki şirkətin yaradılması üzərində işləyir. Şirkətlərdən biri qablaşdırma materiallarının hazırlanması, digəri bioloji gübrələrin istehsalı ilə məşğul olacaq.
"Trend"