TÜSİAD prezidenti Erol Biləcik TÜSİAD'ın Yüksək Məsləhət Şurasında danışıb.
FED.az xəbər verir ki, Bilecik Türkiyənin sahib olduğu potensiala baxmayaraq layiq olmadığı çətin bir dövrdən keçdiyini bildirib. Onnu sözlərinə görə, 4-cü sənaye inqilabı iş görmək üsulumuzdan günlük həyatımıza qədər dağıdıcı siyasi tendensiyalara səbəb olur: «Bir sözlə dünya balacalaşarkən, problemlər təəssüf ki, böyüyür».
ELƏCƏ DƏ BAX: Türkiyənin daha bir məşhur şirkəti müflis olur
İş adamı Türkiyənin üz tutmalı olduğu istiqamətin Qərb olduğun bildirib: «Bu gün su nə qədər bulanıq olsa da , bzim dəmir atacağımız əsas liman Qərbdir».
Bilecik, TÜSİAD üçün Türkiyənin AB üzvlüyünün hər zaman imtina edilməz bir hədəf olduğunu ifadə edərək "AB üzvlüyü regional cazibə mərkəzi olmaq üçün də yaxşı fürsətdir və bir qazan - qazan vəziyyətidir" deyə danışıb.
Prezident həm dünyada, həm də Türkiyədə qeyri-müəyyənlik və risklərin gələcək illərdə davam edəcəyini bildirib. Onun sözlərinə görə, ABŞ Mərkəz Bankının faizləri endirməyəcəyi aydınlaşıb, bununla yanaşı, böhranın yerli səbəbləri də var: «Türkiyə iqtisadiyyatının bugünkü hala gəlməsində qlobal güclərin payı var,amma əvvəl iynəni özümüzə batırmalıyıq».
TÜSİAD rəhbəri ölkədə kreditlərin azalmasını da qeyd edib: «Nağd pul çatışmamazlıığı hər sektorda hiss edilir. Şirkətlər və istehlakçılar bu məzənnə və faiz yükü altında əzilir, kiçik və orta bizneslərin problemləri artır. Kredit böhranı bitmədən böhranın bitməyəcəyini qəbul etməliyik»
«İqtisadiyyatın qaydaları çox aydındır. Biz müvəqqəti tədbirlər deyil, uzunmüddətli, sabitlik yaradacaq siyasəti seçməliyik. Hal-hazırda iqtisadiyyat rəhbərliyi müsbət istiqamətdə işlərinə davam edir»-deyə Bilecik bildirib.
Türk iş adamları birliyi: Problemlər hələ davam edəcək
16:57
7 Dek 2018