Türkiyə iş adamlarının Azərbaycandakı fəaliyyəti, yaradılan imkanlar və bu sahədə baş verən dəyişikliklər Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) üzvlərinin toplantısında müzakirə edilib.
FED.az xəbər verir ki, iş prosesində TÜİB üzvlərinə dəstək verilməsi, üzvlər arasında biznes əlaqələrinin koordinasiya olunması və ortaya çıxan məsələlərin həlli yollarını axtarmaq məqsədilə, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) aprelin 27-də üzvləri üçün iş toplantısı keçirib.
Eləcə də bax: Aztelekom - Tender elanı
Təşkilat üzvlərinin müraciətlərini dinləmək və cavablandırmaq üçün tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin müşavirləri - Ticaret müşaviri Ahmet Ataker, ekonomi müşaviri Can Mehdut Erdem və çalışma ve sosyal güvenlik müşaviri Ahmet Açıkgöz iştirak edib.
ASFARMA şirkətinin ofisində keçirilən toplantıda əsas məqsəd Azərbaycandakı biznes fəaliyyəti ilə bağlı müzakirələr üçün Türkiyə İş Adamlarını bir araya gətirmek, onların fikir ve rəyləri ilə tanış olmaqdır.
Tədbirdə Azərbaycanda ticarət əlaqələrinin artırılması, türk iş adamlarının ölkədəki layihələrə və tenderlərə qatılması imkanları,ölkədə aparılan islahatlar və onların hədəfləri və gətirdiyi faydalar, Azərbaycanla Türkiyə arasında ticarət həcmini artırmaq üçün imkanlar və görüləcək işlər kimi məsələlər müzakirə edilib.
Eləcə də bax: Xoreoqrafiya Akademiyası - Tender elanı
Bundan başqa toplantıda bir qədər əvvəl iki ölkə arasında imzalanmın Tercihli ticari anlasmasının gətirəcəyi yeniliklər, türk iş adamlarının Azərbaycanda satış fəaliyyətindən məhsul istehsalı fəaliyyətinə keçməsi kimi məsələlər də diqqət mərkəzində olub.