Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Türkiyənin bir qrup iş adamları ölkəmizdə müttəfiq axtarmaq məqsədilə biznes görüşləri keçiriblər. Tədbirə qatılan iş adamları Türkiyə Səfirliyinin Ticarət Müşavirliyi və OSTİM Bərpaolunan Ekoloji Texnologiyalar Qrupu tərəfindən dəstəklənib.
FED.az xəbər verir ki, Azərbaycan Sahibkarlar Konfederasiyası isə öz növbəsində müasir texnologiyaların və alternativ enerjinin tətbiqində maraqlı olan şirkətləri bu görüşə dəvət edib. Türkiyədən 11 şirkəti təmsil edən iş adamları azərbaycanlı sahibkarlara öz təkliflərini təqdim ediblər. Şirkətlər arasında kimya, metallurgiya, tikinti sektorunun nümayəndələri üstünlük təşkil edib. Azərbaycan şirkətləri görüşə xüsusi maraqla yanaşıblar və 60-dan yuxarı sahibkar B2B görüşlərə qatılıb.
Eləcə də bax: Türkiyədən Azərbaycana iş tapmaq üçün - GƏLƏNLƏRİN SAYI ARTIB
Sonra Türkiyənin nümayəndə heyəti Balaxanı Sənaye Parkına səfər edib və burada gördükləri emal müəssisələri və emal prosesləri onlarda çox böyük maraq yaradıb.
ask.org.