Türk iş adamının rəhbərlik etdiyi şirkət Rusiyanın ən bahalı şirkətləri siyahısına daxil edilib.
Eləcə də bax: Türk iş adamları Qarabağa gəlir - Sərmayənin Həcmi Açıqlandı
FED.az xəbər verir ki, türk iş adamı Güvenc Dönmezin rəhbərlik etdiyi “Delivery club” şirkəti “Forbes-Rusiya” jurnalının tərtib etdiyi “Runetin 30 ən bahalı şirkəti” siyahısında 9-cu sırada yer alıb. Siyahıda ilk yeri “Yandeks”, ikinci və üçüncü yerləri müvafiq olaraq “Wildberries” və “Ozon” şirkətləri tutublar.
“Delivery club” 2009-cu ildə yaradılıb və Rusiyanın hazır yemək çatdırılması üzrə ən iri şirkətidir. 2019-cu ildən şirkətə türk iş adamı Güvenc Dönmez rəhbərlik edir. “Delivery club” Rusiyanın 265 şəhərində 40 mindən artıq iaşə müəssisəsindən ayda 5 milyondan çox sifarişi ünvanına çatdırır. Pandemiya dövründə şirkət ünvanlara ərzaq çatdırılması ilə məşğul olmağa başlayıb. (Azərtac)