Bu günlərdə Çinin Soueast Auto şirkətinə məxsus olan Dearcc brendi yeni avtomobil markasını təqdim edib.
FED.az xəbər verir ki, Enovate adlanan markanın şef-dizayneri əvvəllər Porsche şirkətində çalışmış Hakan Sarakoğlu təyin edilib. Xatırladaq ki, bir müddət bundan əvvəl Hakan Chery Automobile şirkətinin Şanxaydakı dizayn mərkəzinə rəhbər təyin edilmişdir. Bu barədə autograph yazıb.
Enovate şirkətində Hakan Sarakoğlu vitse-prezident vəzifəsində çalışacaqdır. Hakanın başçılıq etdiyi komandaya əvvəllər BMW və Volvo markaları üçün çalışmış Almaniya, Yaponiya və Koreyadan olan yüksək ixtisaslı mütəxəssisləri cəlb edibdir. Yeri gəlmişkən, Enovate şirkəti özünü “alman keyfiyyətli Tesla” kimi səciyyələndirir. Çinlilər əsas rəqiblərinin Tesla Model 3, gələcək BMW i4, Mercedes-Benz GLC və Porsche Macan olduğunu iddia edirlər.
Enovate brendi A, B və C seqmentləri üçün uyğun olan şəxsi iMA (Intelligent Modular Architecture) arxitekturasına sahibdir. Çinlilər yaxın beş ildə səkkiz model buraxmaq niyyətindədirlər. Bu modellərin arasında krossoverlər, sedanlar, mini və kompaktvenlər olacaqdır. Bütün modellər elektrik mühərriki ilə hərəkətə gələcəkdirlər. Avtomobillərin buraxılması prosesi üç əsas istehsal meydançasında - Şaosində, Tsısi və Tsyuançjouda aparılacaqdır.
İldə 180 min ədəd avtomobil buraxacaq ilk zavodun inşasına bu ilin aprelində başlanıbdır. Çinlilər bu işə 5,5 milyard yuan sərmayə qoymağı planlaşdırılar. Enovate markasından olan ilk seriya elektrokarı 2019-cu ilin ikinci yarısında işıq üzü görəcəkdir.