ABŞ prezidenti Donald Trump “Broadcom” şirkətinin “Qualcomm”u almasını qadağan edən xüsusi göstəriş imzalayıb. FED.az xəbər verir ki, iki şirkətin birləşməsi halında Sinqapurun “Broadcom” şirkəti ABŞ-ın mobil cihazlar üçün çip istehsalı ilə məşğul olan ən böyük istehsalçılarından birini idarə etməyə başlayacaqdı. Qeyd etmək lazımdır ki, “Qualcomm” həmçinin “Apple” üçün də çip istehsalı ilə məşğul olur.
Qeyd etmək lazımdır ki, bu iki nəhəng texnoloji şirkətin birləşməsi barəsində xəbərlər hələ keçən ilin sonlarında ortaya çıxmışdı. Sonradan isə xəbər hər iki şirkət tərəfindən təsdiqlənmişdir. Donald Trump-ın fikrincə bu cür müqavilə ölkənin milli təhlükəsizliyinə ciddi ziyan verə bilər. Trump düşünür ki, bu müqavilənin baş tutacağı halında ABŞ-ın milli təhlükəsizliyinə zərər verəcək faktorlar var.
Bu səbəbdən prezident təcili və həmişəlik sözügedən birləşmədən imtina göstərişi verib. Qeyd etmək lazımdır ki, “Broadcom” “Qualcomm”un alışı üçün şirkətə 117 milyard dollar vəsait təklif edirdi. Güman olunurdu ki, müqavilə 2018-ci ilin əvvəlində yekunlaşdırılacaq. “Qualcomm” bu təklifə artıq iki dəfə rədd cavabı verib. Belə ki, keçən ilin Noyabr ayında “Broadcom” 130 milyard dollar, bu ilin Fevral ayında isə 121 milyard dollar təklif etmişdi.