Türkiyənin ən böyük alış-veriş saytı hesab olunan “Trendyol”un çatdırılma xidməti “Trendyol Express”in əməkdaşları etiraz aksiyası keçirib.
Eləcə də bax: Lirənin ucuzlaşmasına görə - TÜRKİYƏDƏ ETİRAZLAR BAŞLADI
FED.az biznes və maliyyə xəbərləri portalı Qafaqazinfo-ya istinadən xəbər verir ki, şirkətin əməkdaşları aşağı maaş artımı səbəbindən aksiya keçirməyə qərar verib.
İki gün işləməyə fasilə verən işçilər ölkədə qeyri-sabit hava şəraitinə baxmayaraq, “Trendyol”un baş ofisinin önündə toplaşıblar.
Bildirilir ki, “Trendyol” “Trendyol Ekspres” işçilərinin maaşlarını cəmi 11 faiz artırıb. İşçilərin aksiyası sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
Şirkət isə məsələ ilə bağlı hələ ki açıqlama verməyib.