Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri Trendyol sosial təsir layihələri çərçivəsində Azərbaycanda inklüzivliyi təşviq edir və əlilliyi olan şəxslərin məşğulluğunu dəstəkləməyə davam edir.
FED.az xəbər verir ki, şirkət Bakının ilk və yeganə inklüziv kafesi olan “Kashalata”ya davamlı dəstək verməklə neyromüxtəlifliyə malik gənclərin cəmiyyətə sosial inteqrasiyasını təşviq edir.
“Kashalata” kafe iki il əvvəl Birgə və Sağlam İctimai Birliyi tərəfindən təsis edilib və Trendyol, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, KOBİA, SOCAR və PAŞA Holding tərəfindən davamlı şəkildə dəstəklənir.
Trendyol, ‘’Kashalata’’ kafeyə dəstək proqramı çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və “Birgə və Sağlam” İctimai Birliyi ilə birgə kafedə sosial inklüzivliyin təşviqi, əlilliyi olan şəxslər üçün iş imkanlarını genişləndirmək, eləcə də valideynlərin rifahı və maarifləndirilməsinə dəstək məqsədilə keçirilən təşəbbüsə qoşulub.
Tədbir çərçivəsində “Stress menecmenti və dayanıqlılıq strategiyaları” mövzusunda maarifləndirici təlim keçirilib. Təlimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Sosial-pedaqoji inkişaf və sosial-psixoloji dəstək departamentinin əməkdaşları valideynlərin suallarını cavablandırıb, müzakirələrdə iştirak ediblər.
Tədbirin bədii hissəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və “Birgə və Sağlam” İctimai Birliyinin üzvlərinin ifasında konsert proqramı təqdim olunub.
Üzeyir Hacıbəyli küçəsi 57 ünvanında yerləşən “Kashalata” kafedə hazırda 20 gənc çalışır. Onların bir qismi autizm spektr pozuntusu və digər neyromüxtəliflik xüsusiyyətlərinə malikdir. “Trendyol”un və ‘’PAŞA Holding’’in əsas biznes tərəfdaşlığı ilə fəaliyyət göstərən bu məkan ölkədə inklüziv məşğulluğun uğurlu nümunələrindən biri hesab olunur.




![Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3204080.jpeg)
![Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/931807.jpeg)
![Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1857489.jpeg)
![Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3880812.jpeg)
![Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3672768.jpeg)







