Trendyol onlayn alış-veriş təcrübəsini daha da təkmilləşdirmək üçün yeni bir xüsusiyyət təqdim edib – şəkil ilə axtarış.
“Trendyol”un dəstəyi ilə Azərbaycan rəssamlarının əsərləri Türkiyədə sərgiləndi - FOTOLAR
FED.az xəbər verir ki, bu funksiyanın sayəsində istifadəçilər artıq məhsulları adını və ya kateqoriyasını yazmadan, sadəcə şəkil yükləyərək və ya kamera vasitəsilə çəkərək tapa biləcəklər. Əvvəllər axtarış sistemi yalnız marka, məhsul və ya kateqoriya üzrə axtarış imkanı təqdim edirdi. Yeni funksiya isə, xüsusilə spesifik və ya nadir məhsulların tapılmasını asanlaşdırır və alış-veriş prosesini sürətləndirir.
İstifadəçi şəkil yüklədikdən və ya birbaşa tətbiq vasitəsilə çəkdikdən sonra sistem həmin görüntünü analiz edərək, onun xüsusiyyətlərini müəyyənləşdirir və Trendyol platformasında mövcud olan oxşar və ya eyni məhsulları göstərir. Bu funksiya dəqiqliyi artırmaqla yanaşı, istifadəçi rahatlığını da təmin edir. Məhsulun təsvirini yazmağa ehtiyac qalmadan, bir neçə saniyə ərzində istədiyi məhsulu tapmaq imkanı yaranır.