Trendyol Group-da beynəlxalq biznesin inkişafı üzrə rəhbər Merve Özecan “E-Commerce Day of Azerbaijan 2025” tədbirində “Trendyol”un Azərbaycan bazarına inteqrasiyasından danışıb.
FED.az xəbər verir ki, M.Özecan vurğulayıb ki, “Trendyol” beynəlxalq bazarlarda uğurunun sirrini yerli ekosistemlə sıx əməkdaşlıqda görür: “Trendyol Azərbaycanda cashback kampaniyaları, Umico Bonus sədaqət proqramı və tezliklə istifadəyə veriləcək “İndi Al, Sonra Ödə” (Buy Now, Pay Later) modeli ilə yerli istehlakçıların tələblərini qarşılmağa çalışır”.
Qeyd edək ki, platforma, həmçinin yerli valyutada ödənişlər, alış-veriş, yerli çatdırılma modelləri və Azərbaycanca müştəri xidmətləri ilə bazara tam inteqrasiya edib.