Azərbaycanlıların da tez-tez məhsullar aldığı elektron ticarət saytı Trendyol, tədarükçülərilə noyabrda təşkil etdiyi "Super Endirim Günləri" və "Əfsanə Günləri" kampaniyalarını rekord ilə başa vurduğunu açqılayıb.
Eləcə də bax: Gömrükdəki yeniliklərlə bağlı ən çox verilən suallar - CAVABLANDIRILDI
FED.az xəbər verir ki, noyabrda Trendyol tədarükçülərinin 60 milyon ədəd məhsulunu satıb.
Trendyolun yaydığı məlumatda bildirilir:
"Noyabrda 5 milyon çeşiddə məhsul endirimli qiymətlərlə təqdim edildi. Satışlar keçən ilin eyni dövrü ilə müqayisədə 158% artıb. Trendyol, noyabrda 1.5 milyard ziyarət ilə rekord qırıb və aktiv istifadəçi sayı isə 25 milyona çatıb". (Marja)