ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Trump Sneakers” idman ayaqqabılarını satışa çıxarıb. Təqdimat fevralın 17-də “SneakerCon Philadelphia” sərgisində baş tutub.
Dünyanın ən məşhur moda brendinin adı - AÇIQLANDI
FED.az xəbər verir ki, kolleksiyada üç cür ayaqqabı mövcuddur. Birincisi “The Never Surrender High-Tops” adlanan, üzərində ABŞ bayrağı olan qızılı krossovkalardır. Ümumilikdə 1 min cüt ayaqqabının satışda olacağı bildirilir. Onların hər birinin unikal nömrəsi, on təsadüfi seçilmiş cüt üzərində isə Trampın imzası olacaq. Qiymət 399 dollardır, satışlar 2024-cü ilin iyulunda başlayacaq.
Hal-hazırda şirkətin saytında 199 dollara iki cüt idman ayaqqabısı sifariş etmək olar: üzərində “POTUS 45” yazısı olan ağ ayaqqabı və ABŞ bayrağlı qızılı ayaqqabı. Bu idman ayaqqabılarının 2024-cü ilin avqustunda satışa çıxarılması planlaşdırılır. (Banker.az)