ABŞ prezidenti Donald Tramp, Vaşinqtona görə ÇXR Silahlı Qüvvələri ilə əlaqəsi olan bir sıra Çin şirkətlərinə sərmayə etməyi qadağan edən fərman imzalayıb.
Eləcə də bax: "Şirkətini Çindən ABŞ-a gətirənə vergi güzəşti veriləcək"
FED.az Banker.az-a istinadən xəbər verir ki, müvafiq sənəd Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanıb.
Fərmana əsasən, bu cür şirkətlərin qiymətli kağızları ilə əməliyyatlara qoyulmuş qadağa 2021-ci il yanvarın 11-dən qüvvəyə minəcək. Söhbət xüsusilə Pentaqonun bu ilin əvvəlində Çin hərbi sənayesi ilə əlaqəli təşkilatlar siyahısına əlavə etdiyi şirkətlərdən gedir.