ABŞ prezidenti Donald Tramp Amerikanın "Apple" şirkətini Çin Xalq Respublikasında istehsalı dayandırmağa çağırıb.
Bu barədə FED.az TASS-a istinadən xəbər verir.
Ağ Ev rəhbəri Rumıniya prezidenti Klaus Yohannislə görüşdə deyib ki, onun köməyi olmadan böyük korporasiyaların problemləri ortaya çıxa bilərdi.
"Mən "Apple" kimi Amerika şirkətlərinə yardım göstərə bilərəm. Vaxt çox qısadır. Onlar hələ ki, nəyi etməlidirlər onu etməyəcəklər", - deyə Tramp bildirib.
O, qeyd edib ki, söhbət "Çindən getməkdən" gedir.