50-dən çox beynəlxalq şirkət Rusiyadan Qazaxıstana köçüb.
Eləcə də bax: “Zara”nın sahibi Rusiyadakı biznesini - SATIR
FED.az xəbər verir ki, bunu çərşənbə günü Respublika Prezidenti Qasım-Jomart Tokayev Alma-Ata vilayətinin ictimaiyyəti ilə görüşündə deyib.
"Hazırda Rusiyadan 50-dən çox beynəlxalq şirkət Qazaxıstana köçüb. Onların hamısını böyük şəhərlərdə cəmləşdirmək səmərəsizdir. Akimat (administrasiya-red) Almatı yaxınlığında yerləşdirilməsi məsələsini işləməlidir”.
Dövlət başçısı "Biz investorlar üçün, başqa ölkələrdən köçənlər üçün hər cür şərait yaratmalıyıq",- deyib. (Marja)