Yeni texnologiyaların transferi Azərbaycanda rəqabətqabiliyyətli istehsal müəssisələrinin, eyni zamanda ixrac potensialının artımına səbəb olacaq.
Bu fikirləri ”RosAzerMaş“ Qapalı Səhmdar Cəmiyyətində keçirilən tədbir zamanı Cəmiyyətin İdarə Heyətinin sədri Toğrul Qulubəyli öz çıxışında səsləndirib.
Toğrul Qulubəyli Azərbaycanda həyata keçirilən “Sənayedə Dövlət Dəstəyi Proqramı”nı yüksək qiymətləndirib və bu Proqramın inkişafı sahəsində dövlət siyasətinin növbəti addımının sənayenin inkişafında əlaqəni təmin edə biləcək sektorlararası yanaşmanın tətbiqi olmasını qeyd edib.
Sədrin fikrincə bir-birindən asılı olan texnologiyalar və istehsal sahələri yeni məhsulun yaranması ilə tamamlanacaq, elektronika sənayesinin inkişafı və bu sahəhə əldə olunan yeniliklər buna bariz nümunə olacaq.
Sədr həmçinin çıxışında xarici iqtisadi mühitin kəskin dəyişməsi şəraitində sənayenin inkişafı prespektivləri ilə də bağlı öz maraqlı fikirlərini bölüşüb: “Yeni texnologiyalarla formalaşan sənaye infrastrukturu fonunda kadr potensialının inkişafı, o cümlədən gənc mühəndislərin dəstəklənməsi və onların yaradıcılıq potensialının üzə çıxarılması üçün şəraitin yaradılması, prespektivi olan startap layihələrinin sənəd üzərində qalmaması üçün görülən işlərin davamı təşviq olanaraq tətbiq olunmasını həyata keçirmək, eləcə də elmi–tədqiqat və istehsal müəssisəsi üçün informasiya texnologiyalarından və inteqrasiya olunmuş informasiya idarəetmə sistemlərindən istifadə vacibdir” – deyə, T.Qulubəyli vurğulayıb.