Korona virusunun yayılması bütün dünyada təmizlik və gigiyena məhsullarına olan tələbi kəskin artırdığı halda ABŞ-da daha bir sahəni «partladıb». Bu tikiş maşınlarıdır.
Eləcə də bax: Yeni fabrikdə gün ərzində 140 min tibbi maska - İSTEHSAL OLUNACAQ
FED.az xəbər verir ki, aprel ayında - karantin tətbiq ediləndən bəri ABŞ-da tikiş maşanlarının satışı nə az, nə çox, düz 8 dəfə artıb. Səbəbi, insanların özlərinin üzh maskaları tikmək istəyidir.
Koronavirusunun yeni yayıldığı dövrdə tualet kağızı, nəm salfetlər və ən çox dezinfeksiyaedici kimi məhsullar qara bazarda da satılırdı. ABŞ-da bu məhsullara əlavə tikiş maşınları da əlavə olundu. CNN xəbər verir ki, tikiş maşınları istehsalçıları artan tələbi qarşılamaq üçün əllərindən gələni etsələr də, müştərilərin tələblərinə tab gətirə bilmədilər.
Üstəlik, karantin dövründə evdar qadınlar vaxt keçirmək üçün «köhnə tərz» hobbilərini xatırladılar. Bununla birlikdə, tikiş maşınlarına marağın ən vacib səbəbi insanların maskalarını özləri tikmək istəmələridir.
«Tələbatın belə olacağını heç kim gözləmirdi»
«Baby Lock» tikiş maşınları istehsal edən «Tacony» Korporasiyasının marketinq üzrə vitse-prezidenti Jeff Fuller deyir ki, «ABŞ-da karantin və makadan istifadəyə çağırış elan edildikdən sabahı gün əvvəllər qarşılaşmadığımız bir tələbi gördük. Aprel ayında tikiş maşınlarımıza tələbat təxminən səkkiz qat artdı. Tələb son aylarda bir az sakitləşdi. Ancaq girişimizdən tutmuş üst səviyyəyə qədər bütün məhsullarımızın satışı hələ də güclü davam edir. Sənayedə heç kim belə bir satış bumu gözləmirdi».
«WALMART»ın 100 günlük anbarı 24 saatda 5 günə endi
Tələbatın belə artması tədarükçüləri də yerindən tərpətdi. Hətta dünyanın ən böyük pərakəndə satıcısı olan Walmart 100 günlük tikiş maşını ehtiyatlarını cəmi 24 saat ərzində beş günlük ehtiyata endirib. «Walmart» tələbin çox olduğunu və inventar artırmaq üçün təchizatçılarla birlikdə çalışdığını da elan edib. Qeyd edək ki, «Tacony»nin məhsulları arasında qiyməti 99 dollardan 30 min dollarıdək dəyişən tikiş maşınları var.
Evdə tikilən 29 milyon maskadan 346 milyon dollar qazanıblar
Jeff Fuller bildirir ki, qiyməti min dollardan aşağı olan tikiş maşınlarını almaq hələ də problemlidir. Belə maşınları sifriş etdikdən yalnız 12 həftə s onra almaq olur. Ona görə də aşağı qiymətə maşın almaq istəyənlər 1-3 ay gözləməli olurlar.
Yeri gəlmişkən, ABŞ-da ev məhsullarının satıldığı Etsy platformasında 110 min satıcı evdə tikdikləri 29 milyon maskanın satışından 346 milyon dollar qazanıblar.
Amma tikiş maşınlarına tələbat təkcə maska ilə bağlı deyil. Ümumiyyətlə, epidemiyadan sonra tikiş dəb halına gəldi. «Tacoma»daki tikiş kursunun müəllimi Ryliss Bod bildirir ki, «İndi gənclər, hətta kişilər tikiş dərsi almağa başlayıblar. Bunların çoxu əvvəllər heç vaxt tikməmiş insanlardır. Ən məşhur dərsimiz bir saat ərzində üz maskaları hazırlamağı öyrətdiyimiz dərsdir».