30 iyun 2025-ci il saat 11.00-da “Goranboy Tikinti-Quraşdırma” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. Cəmiyyətin 2024-cü il üçün maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına aid hesabatın müzakirəsi və təsdiqi.
2. Mənfəət və zərərin bölüşdürülməsi.
3. Digər məsələlər.
Yığıncağın gündəliyinə aid sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.
Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil olunmuş nümayəndələr notarial təsdiqlənmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.
Əlaqə telefonu-055-745-33-19. Ünvan-Goranboy şəhəri, V.Bayramov küçəsi 1