Prezident İlham Əliyev «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» qanuna dəyişiklikləri təsdiqləyib.
FED.az xəbər verir ki, sözügedən dəyişikliklər əsasən tikinti sahəsində fəaliyyət göstərən sahibkarların yoxlanmasına icazə verilib.
Belə ki, qanunun 2.2-ci maddəsinə dəyişiklik edilib və qanunun əhatə etmədiyi (yəni yoxlamaların qadağan olunmadığı) sahələr genişlənib –vergi yoxlaramaları ilə yanaşı, buraya tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalar da şamil edilib.
Başqa sözlə, artıq sözügedən qanun tikintiyə dövlət nəzarəti üçün yoxlamaların apaılmasına mane olmayacaq.
Qanuna digər dəyişiklik 10.3-cü maddədədir. Yoxlamaların dövriliyini tənzimləyən bu maddəyə yeyinti sahəsi ilə yanaşı, yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahələri də əlavə edilib. Qanuna görə,
- yüksək risk qrupuna aid edilən sahibkarlar - altı ayda bir dəfədən çox olmayaraq;
- orta risk qrupuna aid edilən sahibkarlar - ildə bir dəfədən çox olmayaraq;
- aşağı risk qrupuna aid edilən sahibkarlar isə - iki ildə bir dəfədən çox olmayaraq yoxlanıla bilər.
Tikinti şirkətlərinin yoxlanmasına icazə verildi – YENİ QANUN
20:10
13 İyun 2019