“Cənubtikintiservis” ASC 2017-ci il üzrə hesabatını açıqlayıb.
FED.az “Cənubtikintiservis” ASC-in “Mənfəət və Zərər” haqqında hesabatına əsasən xəbər verir ki, şirkətin əsas əməliyyat gəlirləri 2017-ci ildə ötən ilin eyni dövrünə nisbətən 2,10 dəfə azalaraq 5 mln 37,5 min manat, sair əməliyyat gəlirləri 39,43% azalaraq 587 min 327 manat, işçi heyəti üzrə xərclər isə 3,06% azalaraq 1 mln 241 min manata enib.
Şirkətin 2017-ci ildə digər əməliyyat xərcləri 822 min manat olub . Qeyd edək ki, şirkətin 2016-cı ildə digər əməliyyat xərcləri olmayıb.
Yekunda, “Cənubtikintiservis” ASC-in xalis mənfəəti 2017-ci ildə 1 mln 762,4 min manat olub. Xatırladaq ki, şirkətin 2016-cı ildə xalis mənfəəti 7 mln 36,9 min manat olub.
FED.az “Cənubtikintiservis” ASC-in “Balans” hesabatına əsasən bildirir ki, şirkətin cəmi aktivləri 55,11% artaraq 17 mln 345 min manat, cəmi kapital isə 12,88% artaraq 12 mln 211,5 min manata çatıb.
Xatırladaq ki, şirkətin nizamnamə kapitalı 2017-ci ildə 1 mln 323,7 min manat olub.