1 dekabr 2025-ci il saat 11:00-da "Bakıenerjitikinti" Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yııncaq Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu dairəsi, ev 37 ünvanında baş tutacaq.
Gündəlikdəki məsələlər aşağıdakılardır:
1. 2024-cü il üzrə maliyyə hesabatının dinlənilməsi və təsdiqi.
2. Dividendlərin bölüşdürülməsi.
3. Digər məsələlər.
Yığıncaqda iştirak etmək hüququ olan bütün səhmdarlar şəxsiyyət vəsiqəsi ilə iştirak edə bilərlər.
Əlaqə telefonu: (055) 219-88-79