30 iyun 2025-ci il saat 16.00-da “*Gəncə Körpü Tikinti-2” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda baş tutacaq.
Yığıncağın gündəliyinə daxidlir:
1. Cəmiyyətin idarə heyətinin hesabatı.
2. 2024-cü maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və illik hesabatın təsdiq olunması.
3. 2024-cü maliyyə ili üzrə dividendlərin bölüşdürülməsinin müzakirə olunması.
Ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 17.00-dək Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda qanunvericiliyə müvafiq qaydada müraciət etməklə tanış olmaq mümkündür.
Ümumi yığıncaq iştirakçılarının qeydiyyatı, yığıncağın başlanmasına 2 ( iki) saat qalmış göstərilən ünvanda aparılacaqdır.
Qeydiyyat üçün şəxsiyyət vəsiqəsi, yaxud şəxsiyyəti təsdiq edən digər sənəd təqdim olunmalıdır.
Səhmdarların illik ümumi yığıncağında səhmdar özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında səlahiyyətli nümayəndə iştirak edə bilər.