Mühasib köməkçisi tələb olunur.
İş barədə məlumat:
- Müqavilələrin, protokolların və ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi
- Bank hesablarıı üzrə ödənişlərin həyata keçirilməsi
- Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV), DSMF hesabatlarının (B1, B3), Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi
- Elektron Vergi Hesab Faktura, Qaimə Faktrura,Hesab Fakturalarının işlənməsi
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
Namizədə tələblər:
- Ali təhsilli olmalı (riyazi və ya iqtisadi sahə üzrə bitirənlərə üstünlük veriləcəkdir)
- Göstərilən sahə üzrə min. 2 il iş təcrübəsi
- MS Office və 1C (8.2) proqramlarında mükəmməl işləmək bacarığı
- Vergi Məcəlləsini bilməli
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
- Azərbaycan və rus dili bilikləri
- Ünsiyyət qura bilmə bacarığı
Əmək haqqı namizəddən asılı olaraq müəyyən ediləcəkdir.
Maraqlanan şəxslər CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlərin CV göndərmələri xahiş olunur.