Bu günə qədər “Tesla” şirkəti 3 milyon ədəddən çox avtomobil istehsal edib.
"Tesla" bu il "Semi" elektrik yük avtomobilinin tədarükünə - BAŞLAYACAQ
FED.az biznes və maliyyə xəbərləi portalı xəbər verir ki, bu barədə şirkətin rəhbəri Elon Mask özünün sosial şəbəkə hesabında yazıb.
E.Maskın sözlərinə görə, onun 1 milyonu Şanxaydakı zavodun payına düşür.
O həmçinin Şanxaydakı zavodda istehsal edilən 1 milyonuncu avtomobillə də bağlı paylaşım edib.
E.Mask hesab edir ki, istehsalın tələbdən çox olması bazarda problemlər yaradır.
Qeyd edək ki, Şanxaydakı zavod 2019-cu ildə yaradılıb və pandemiya və bir sıra başqa məhdudiyyətlərə baxmayaraq 3 ildə 1 milyon avtomobil istehsalını həyata keçirib.
Bütün bunlara baxmayaraq şirkət hələ də ənənəvi avtomobil istehsalçılarından geri qalır. Belə ki, 2021-ci ildə “Toyota” 10 milyon, “Volkswagen” isə 9 milyon avtomobil istehsalı ilə lider olub (Report).