Moskva Arbitraj Məhkəməsi iş adamı Telman İsmayılova məxsus "Praqa-AST" MMC şirkətini müflis elan edib.
RİA "Novosti" xəbər verir ki, məhkəmə şirkətdə 6 ay müddətinə müflisolma prosesi açıb.
Qeyd edək ki, daha əvvəl KİV Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılova məxsus Las-Veqasdakı ticarət mərkəzinə həbs qoyulduğunu da yazıb.