Telman İsmayılovun Moskvada yerləşən “Praqa” restoranının dəyəri 1,78 milyon rubladək (təxminən 50 min AZN) ucuzlaşıb.
FED.az xəbər verir ki, bununla bağlı İflas haqqında məlumatların vahid Federal Reyestrinin sənədlərində məlumat verilib.
Bildirilib ki, “Praqa-AST” Məhdud Məsuliyyətli Cəmiyyəti (Telman İsmayılovun rəhbərlik etdiyi) iflasa uğradığına görə “BM-Bankı”nda girov olan əmlakını satışa çıxarıb. Söhbət “Praqa” restoranından gedir.
Bundan öncə restoranın dəyəri 2,2 milyon rubl, daha sonra isə 1,98 milyon rubl göstərilmişdi. Ancaq heç kəs göstərilən məbləğlər qarşılığında əmlakı satın almaq istəməyib.
Restoranın satışı ilə bağlı növbəti hərrac apreldə keçiriləcək.
Xatırladaq ki, Telman İsmayılovun iflası 2015-ci ilin dekabrında təsdiqlənib. Hazırda biznesmenin bir neçə strukturu iflas vəziyyətindədir. T.İsmayılov isə sifarişli qətl ittihamı ilə axtarışa verilib.