Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz baş verənlərin sadəcə rüsvayçılıq olduğunu bildirir. Ekspertin fikrincə, qərar nəinki düzgün deyil, hətta taxribatdır və onun təşəbbüskarlarını cəzalandırmaq lazımdır:
«Mobil telefonların qeydiyyat rüsumu minimum 4 dəfə , maksimum isə 30 dəfəyədək qaldırılıb.
İndiyədək 5 manat olan qeydiyyat rüsumu bundan sonra telefonun modelindən asılı olaraq 20-150 manat olacaq.
NK bununla bağlı "Mobil cihazların qeydiyyata alınmasının 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə qərar verib və bu qərar fiziki şəxslərin şəxsi istehlak üçün gətirdiyi telefonlara şamil olunur.
APA-nın aqibətilə bağlı ilk açıqlama - ARAŞDIRMA GEDİR
Dərhal bu qərara münasibət bildirərək qeyd etmək istərdim ki bu, sadəcə rüsvayçılıqdır.
Başqa bir izahat tapa bilmirəm.
Kimdir bu qərarın müəllifi? Kimlər bununla bağlı NK -ya müraciət edub.?
Bu, sadəcə müxtəlif qrupların varlanmaq ehtirasının göstəricisidir.
Bu addım mobil telefon bazarında kimlərinsə maraqlarını qorumaqla yeni inhisarçılıq yaratmaqdır.
Bu, insanların müasir texnologiyalara əlçatımlığımın məhdudlaşdırılması, innovasiyaların, 4G ,5G , LTE texnologiyaların inkişafının qarşısının alınmasıdır.
Bu, rəqəmsal cəmiyyətə , rəqəmsal hökumətə keçidin qəsdən ləngidilməsinə cəhddir.
Ümumiyyətlə , son dövrlərdə müşahidə olunur ki kimlərsə məqsədyönlü olaraq vətəndaşların kütləvi olaraq narazılığının qaldırılmasında maraqlıdırlar.
Heç bir normal məntiqə sığmayan addımlar atılır. İctimai müzakirələr , hesabatlılıq hədsiz azalıb.
Düşünürəm ki bu qərar həm də Prezidentin son zamanlarda qəbul etdiyi rəqəmsal hökumətə keçid, innovasiyaların təşviq və tətbiq edilməsi , rəqəmsaı sahibkarlığın inkişafı ilə bağlı sənədlərə tam ziddir.
Fikrimcə PA bu məsələyə ciddi reaksiya verməlidir.
Hesab edirəm ki hökumət nəinki bu qərarın qüvvəsini dayandırmalı, hətta bu qərarın təşəbbüsçüləri, lobbiçilik edənlər aşkara çıxarılmalı və müvafiq tədbirlər görülməlidir».
İqtisadçı ekspert Qubad İbadoğlu isə hesab edir ki, sözügedən qərar telefon biznesi ilə məşğul olan qrupların – «telefon mafiyası»nın maraqlarını qorumaq üçün qəbul edilib. Ekspertin fikrincə, bu qərardan sonra mobil telefonların bahalaşması ilə yanaşı, bu biznesdəki kiçik sahibkarların sıradan çıxması gözlənilir:
«Mobil telefonlar da bahalaşacaq.
Telefon mafiyası bayram edir. Görəsən bu qərarı keçirmək üçün onları nə qədər "tərlədiblər"?
Qeydiyyat rüsumlarının birdən-birə 4 dəfədən 30 dəfəyə qədər artırılması müasir və keyfiyyətli texnologiyalara çıxış imkanlarını məhdudlaşdırmaqla yanaşı radiasiya riski yüksək çin mobil cihazların idxalını stimullaşdıracaq.
Bildirim ki, Nazirlər Kabineti iyulun 31-də “Mobil cihazların qeydiyyata alınmasına” görə dövlət rüsumunun artırılmasına qərar verib. "Mobil cihazların qeydiyyata alınmasının 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə qərar satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlara şamil edilməyəcək. Bu qərar yalnız fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazlara tətbiq olunacaq .
Bundan sonra mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri mobil cihazın bazar qiymətinə uyğun müəyyən ediləcək. Belə ki, foto, video çəkiliş və internetə çıxış funksiyaları olmayan və bazar qiyməti 100 dollardan aşağı olan mobil cihazların qeydiyyata alınmasına görə 20, bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70, bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100, bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat dövlət rüsumu ödəniləcək.
Bu qərardan öncə bütün mobil telefonların qeydiyyatının dövlət rüsumu 5 manat idi. Göründüyü kimi fiziki şəxslərin hətta fərdi ehtiyacları üçün gətirdikləri mobil cihazların qeydiyyat rüsumları 4 dəfədən 30 dəfəyədək qaldırılıb.
Bu qərar ilk növbədə yeni model və müasir funksiyalara malik olan mobil cihazların bazar qiymətini bahalaşdıracaq.
İkincisi, bazarda bu növ məhsulları təklif edən şirkətlərə üstün və hökmran mövqe qazandıracaq.
Üçüncüsü, bu bizneslə məşğul olan fərdi sahibkarları sıradan çıxaracaq.
Dördüncüsü, radiasiya riski yüksək çin mobil cihazların idxalını stimullaşdıracaq.
Nəhayət, köhnə telefonların istismar müddətini uzatmaqla istehlakçıların müasir və keyfiyyətli texnologiyalara çıxış imkanlarını məhdudlaşdıracaq».