"İşqurdu" layihəsinin növbəti qonağı ''Crispa Snacks" MMC şirkətinin qurucusu Nahid Cabbarov olub.
FED.az müsahibəni sizinlə bölüşür.
"2017-ci ildə Almaniyada iş görüşlərindən birində meyvələrdən, əsasən də almadan istehsal olunan bir çox məhsulları gördüm. Geri döndükdən sonra hazırladığım biznes planı Azərbaycanda meyvə yetişdirən və ixrac edən ən böyük şirkətlərdən birinə təqdim etdim və onları bu işi görməli olduqlarına inandırmağa çalışdım. Onlar təklifimi qəbul etmədilər, səmimi desəm, bu hadisə həyatımda qırılma nöqtələrindən biri oldu. Sonra bu işi özüm görməyə qərar verdim".
(Marja)