Ölkəmizdə yaxşı biznes imkanlarının olması vətəndaşların müxtəlif biznes sahələrinə maraq göstərməsinə səbəb olub.Bu sahələrdən biri də avtomobil şimləri biznesidir. Həmsöhbətimiz artıq 11 ildir ki, avtomobillər üçün təkər satışını həyata keçirən Babək Əliyevdir.
Təkər biznesi qurmaq üçün hansı göstəricilər olmalıdır sualına Babək Əliyev bunları bildirib.
Bu bizneslə məşğul omaq istəyən şəxsin müştəri bazası olmalıdır ki, gətirdiyi təkəri sata bilsin. Daha sonra hansı şinlərin ölkəmizdə distribüterinin olmadığını bilmək lazımdır. Çünki elə brendlər var ki, artıq onların ölkəmizdə rəsmi dillerləri var. Daha sonra avtomobillər üçün xaricdən təkər gətirən biznesmen şirkətlərlə müqavilə imzalanmalıdır. Misal üçün bir kanteyner təkər gətirmisiz bunları satmaq üçün öncədən müqavilə imzalanan şirkətlər olmalıdır. Onu da qeyd edim ki, bir kanteynerdə 800 – 1000 arası təkər olur. Gətirilən kanteynerin yarısı satılmalıdır. Bu zaman bir kanteynerin pulu çıxır. Yarım kanteyner təkər satdıqdan sonra yenidən bir kanteyner təkər gətirmək olar deyə Babək Əliyev bildirib.
Onun sözlərinə görə, bir ölçüdə təkərdən çoxlu sayda olmalıdır ki, müştəri aldığı təkəri yararsız edəcəyi halda yenidən həmin təkərdən almaq istəyəndə təklif etməyə məhsul olmalıdır. Bundan başqa ticarət etdiyi şəhərdə bütün təkər satış yerlərində xaricdən gətirdiyiniz təkərlə təmin etməlisiz ki, müştəri siz gətirdiyiniz məhsulun hər yerdə olduğunu və əlçatan olan mal olduğunu görsün.
Əsasən təkərlər Azərbaycana haradan gətirilir?
Ölkəmizə maşın təkərləri əsasən Çindən gətirilir. Əvvəllər təkərlər İndoneziyadan gətirilirdi indi az gətirilir. Səbəb isə maya dəyərlərinin çox baha olmasıdır. İndoneziyadan və Yaponiyada təkərlər avro ilə satıldığından bizim bazara baha başa gəlir. Hal-hazırda üstünlük Çin təkərlərinə verilir. Keyfiyyəti də heç də digər brendlərdən geri qalmır. Misal üçün əvvəl təkəri Çindən alan 5 manata alırdısa indi satılan qiymətdən çox pul verərək daha keyfiyyətli təkər sİfariş verib alırlar. Çin və BƏƏ –də azad iqtisadi zona olduğundan orada sahibkarlar vergi ödəmirlər buna görə də məhsulu daha ucuz qiymətə satırlar.
Çində təkərlərin qiyməti, məxsus olduğu brenddən asılı olaraq dəyişir. Misal üçün ən çox istifadə edilən 195.65.15 ölçülü təkərlər 35-45 manatdan başlayır. Təkərlərin yığılmasından da çox mətləblər asılıdır. Həmin təkərlər burada 60-65-70 manata satılır. Bu zaman biznesmenə 15-20% xeyir qalmalıdır. Çünki bir kanteyner təkər gətirəndə bəzən elə olur ki, bəzi təkər ölçüləri çox gec satılır. Bu ölçülər 195.55.15 –di. Bu təkər ölçüləri maşınların üstündə gəlir. Amma çox müştəri bu ölçülərin əvəzinə avtomobilə 195.60.15 qoyur. Bu ölçülü təkərlər ona görə qoyulur ki, maşın bir qədər yumşaq olsun. 195.55.15 ölçülü təkərlər əsasən təzə Koreya maşınlarında olur. Mersedeslərdə əsasən 195.60.15- 205.55.16 olur. Hal-hazırda Azərbaycanda ən çox satılan təkərlər Çin və Rusiya istehsalıdır. Ölçülərinə Çin təkərləri arasında 195.65.15 satılır. Çünki ölkəmizdə bir çoxları taksi fəaliyyəti ilə məşğul olur, el dili ilə desək “çeşqa”, Ravon və s bu tip avtomobillər sürənlər 195.65.15, 195.65.16, 205.55.16 və 215.55.16 ölçülü təkərlər alırlar.
Ən xırda hansı məbləğlə təkər biznesi qurmaq olar. Əgər mağazanız, anbarınız və satış nöqtələriniz varsa 15-20 min dollarla bu sahəyə daxil olmaq olar. Bu qiymətə bir kanteyner təkər alıb gətirmək olar.
Sıradan bir təkər dükanından 500- 3000 min aylıq qazanc əldə etmək olar deyən Babək Əliyev təkər biznesi qurmaq üçün ona məsləhət üçün müraciət edənlərin də olduğunu bildirdi.
Bu yaxınlarda bir İran vətəndaşı çalışdığım dükana daxil olub təkərlərin qiyməti ilə tanış oldu. Qiymətləri öyrənəndən sonra ölkəmizdə təkər biznesi qurmaq istədiyini bildirdi və məndən bir neçə məsləhət istədi. Məndə avadanlıqların qiymətini və s bu kimi məlumatları dedim.
Azərbaycanda 80-90 manata olan təkərlər İranda 150-250 manatdır. Baxmayaraq ki, İranda yerli istehsal var lakin bizə Çindən gələr təkərlərlə eyni qiymətədir.
Təkərləri hansı ölkədən gətirməyi məsləhət görürüsüz?
Hazırda təkərlər Çindən , Rusiyadan , Yaponiyadan gətirirlər.
Yaxşı olarki bir zavodla və ya brendlə danışıla və həmin təkər brendinin Azərbaycanda distribüterliyi əldə oluna.
Biz laufen və nokian tayres şirkətlərinin Azərbaycanda distributeriyik . İldə iki dəfə adı çəkilən şirkətdən gəlib Azərbaycada treyninq keçirlər. Laufen Hankook şirkətinin ABŞ bazarı üçün nəzərdə tutulan təkərləridir.
Bundan başqa təkər satış mərkəzinə balans aparatı təkər çıxartma aparatı , disk təmiri , kompressor, aparatları var ki, bunların hamısının təzəsi ümumilikdə birlikdə qiyməti 8 min 8500 manat təşkil edir. Bu avadanlıqların işlənmişini almaq məsləhət görülmür. İşlənmişlərin qiymətinə gəlincə isə yarı qiymətə də almaq olar.