FED.az xəbər verir ki, Azərbaycan Respublikasının Təhsil İnstitutu kotirovka sorğusu elan edir
Kotirovka sorğusu 2 lot üzrə keçirilir.
Lot - 1. İnventarların (mebel və stol) satınalınması.
Lot-2. Yumşaq inventarların (yastıqca və kovralit) satınalınması.
Müqaviləni yerinə yetirmək üçün kotirovka iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Kotirovka iştirakçıları müraciətlərini Bakı şəhəri, Z.Əliyeva küçəsi 96, e-mail: [email protected](əlaqələndirici şəxs Mirzağa Məmmədova (051) 967-22-12) nömrəli ünvana təqdim edə bilərlər .
Kotirovka proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar kotirovka müraciətlərini 2018-ci il noyabrın 8-dək Azərbaycan Respublikası Təhsil İnstitutuna təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan müraciətlərə baxılmayacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Təhsil İnstitutu inventar alır – KOTİROVKA
15:03
7 Noy 2018