Tehranda fevralın 24-27-də İranın “Exhibition Projects Management” şirkəti tərəfindən II beynəlxalq kənd təsərrüfatı avadanlığı, məhsulları və müasir suvarma sistemləri sərgisi keçiriləcək.
Bu barədə FED.az-a Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) məlumat verilib.
Bildirilib ki, sərgi Tehranın Daimi Sərgilər Mərkəzində baş tutacaq. Təşkilatçı şirkət, sərgidə iştirak edəcək 5 nəfər iş adamının 3 gün ərzində İranda qalma xərclərini qarşılayacaq.
Sərgiyə qatılmaq istəyən sahibkarlar ASK-yə müraciət edə bilərlər.
Sərgi ilə bağlı ətraflı məlumatı www.iranagrishow.ir/teh/en linkdən əldə etmək mümkündür.