Martın 5-də Tbilisidə Azərbaycan və Gürcüstanın iş adamlarının iştirakı ilə biznes forumu keçiriləcək.
FED.az xəbər verir ki, tədbir Avropa İttifaqı – Gürcüstan Biznes Şurasının təşəbbüsü ilə baş tutacaq.
Eləcə də bax: Bakı 1-ci Media Forumu - KEÇİRİLƏCƏK
Forumda Gürcüstanın rəsmi şəxslərinin, SOCAR, BP və digər şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulub.Biznes forumda iki ölkə arasında ikitərəfli iqtisadi əməkdaşlığın inkişaf perspektivləri, Gürcüstanda investisiya mühiti və biznes imkanlar, Gürcüstan-Azərbaycan enerji tərəfdaşlığı və digər mövzularda sessiyalar təşkil olunacaq. Tədbir çərçivəsində Azərbaycan və Gürcüstan şirkətlərinin təqdimatları da olacaq.
Report