İstehlakçı hüquqlarının pozulması halları hələ də aktual olaraq qalır.
Etiketdə bir, kassada başqa: “Viva Desserts” alıcılarını aldatdı
FED.az xəbər verir ki, "Zeytun Pharmaceuticals" MMC barəsində Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən inzibati xəta barədə protokol tərtib edilib. Araşdırmalar nəticəsində məlum olub ki, şirkət dərman preparatını Tarif (qiymət) Şurasının müəyyən etdiyi maksimal pərakəndə satış qiymətindən baha qiymətə təklif edərək qanunvericiliyin tələblərini pozub.
Qeyd olunub ki, protokol 17 mart 2025-ci il tarixində tərtib edilib. Fakt üzrə aparılan araşdırma nəticəsində aydınlaşıb ki, satış prosesi zamanı “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 4.7-ci maddəsinin tələbləri pozulub.
Baş verən hüquq pozuntusu İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsi əsasında qiymətləndirilib. Bu maddəyə görə, qeydiyyatdan keçmiş dərmanın dövlət tərəfindən tənzimlənən qiymətdən baha satılması inzibati məsuliyyət yaradır.
Xatırladaq ki, dərman vasitələrinin qiymətləri dövlət nəzarətində saxlanılır və bu istiqamətdə baş verən hər hansı uyğunsuzluq həm ictimai sağlamlıq üçün risk yaradır, həm də istehlakçıların hüquqlarını pozur. Agentlik bu cür pozuntuların qarşısını almaq məqsədilə monitorinq tədbirlərini davam etdirir.