Vətən müharibəsinin arxa cəbhə fəalı Sabit Məmmədov mükafatlandırılıb.
FED.az xəbər verir ki, "Hədəf" Şirkətlər Qrupu arxa cəbhənin bir sıra ictimai fəalını o cümlədən, iş adamı, "Admedia" reklam agentliyinin rəhbəri Sabit Məmmədovu “Xarıbülbül” simvolik heykəli ilə təltif edib.
Şirkətin rəhbəri Şəmil Sadiqin sözlərinə görə, “Xarıbülbül” simvolik heykəli müharibə vaxtı arxa cəbhədə dəstək çağırışları edib orduya sovqat götürənlər, iş adamları, informasiya cəbhəsində uğurla çalışan jurnalistlər və ictimai fəallara təqdim edilir.
Həmçinin, təltif edilən 102 (cümhuriyyətin 102 illiyinə əsasən) arxa cəbhə fəalı arasında Jalə Həsənli (İTV-nın aparıcısı), Ərtoğrul Kamal (aktyor, sosial fəal), Nura Suri (müğənni), Faiq Ağayev (müğənni), Ehtiram Quliyev (iş adamı), Bəxtiyar Hacıyev (ictimai fəal), Haldun Novruzzadə (ictimai fəal), Orxan Zeynallı (reper, ictimai fəal), İxtiyar Hüseynov (“Azərbaycan qəzeti”nin redaktoru), Həbib Müntəzir (bloger), Rəşad Süleymanov (hərbi ekspert, jurnalist – ölümündən sonra), Emin Tarverdiyev (iş adamı, ictimai fəal) və Qələbəyə Dəstək Hərəkatının üzvləri ilə yanaşı, xaricdə fəaliyyət göstərən Şahnaz Kamal (Sankt-Peterburq, dilçi), Maksim Şevçenko (Rusiyalı journalist), Fulya Öztürk – (CNN TÜRK kanalının müxbiri) və Ruslan Rəhimovun (Anadolu Ajans İnformasiya Agentliyinin Azərbaycan üzrə müxbiri) da adı var.