Azərbaycanın aparıcı ticarət şəbəkəsi olan «Araz supermarket»də yeni təyinat var.
FED.az xəbər verir ki, ölkənin tanınmış marketinq menecerlərindən olan, indiyədək «AFB Bank»da çalışan Səfər Aslanov bundan sonra fəaliyyətini «Araz supermarket» şəbəkəsində davam etdirəcək. S.Aslanov burda ictimaiyətlə əlaqələrə rəhbərlik edəcək.
Qeyd edək ki, S.Aslanov ölkənin tanınmış marketinq meneceri olmaqla yanaşı bir sıra layihələrdə çalışıb.
Niderland Beynəlxalq Marketinq Akademiyası (NİMA) məzunu olan Səfər Aslanov əvvəllər «Keepface» şirkətində Mərkəzi Asiya və Cənubi Qafqaz regionu üzrə layihə meneceri, «Amapola» şirkətində Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
Eləcə də o «Auto Azərbaycan» şirkətində və "AFB Bank" ASC-nin marketinqinə rəhbərlik edib. Səfər Aslanov "Öz Aramızda" Canlı Köşə layihəsinin rəhbəridir.