Azərbaycan Sambo Federasiyasına yeni vitse - prezident təyin edilib
Azərbaycan Sambo Federasiyasına yeni vitse prezident təyin edilib. Bu barədə federasiyadan məlumat verilib.
Məlumata görə federasiyaya təyin olunan yeni vitse - prezident iş adamı Cavid Səbzəliyevdir. C. Səbzəliyev bu vəzifəyə 5 il müddətinə bu vəzifəyə təyin olunub.
Qeyd edək ki, C. Səbzəliyev Azərbaycanın ilk kimya sənayesi müəssisəsi olan Sobsan-ın və eyni zamanda Qafqazın ilk mühərrik yağları istehsalçısı Technol-un həmtəsisçisidir.