Bu gün Bakıda “TEF'²² - Ticarət və İxracat Forumu” keçirilib.
FED.az xəbər verir ki, dövlət qurumlarının və bir çox tanınmış şirkətlərin qatıldığı forumun əsas məqsədi, mövcud və potensial ixracatçıların xarici bazara çıxış imkanlarının genişləndirilməsidir.
Forum çərçivəsində “ixracatda və idxalatda dövlətin funksiyası”, “xarici bazarlar və onlara çıxış imkanları, “ixrac və idxal təcrübəsi və mövcud modellər” mövzularını əhatə edən müzakirələr keçirilib.
Üç paneldən ibarət olan tədbirin ilk panelində “İxracatda dövlətin funksiyası”, “Xarici bazarlar və onlara çıxış imkanları” və sonuncu paneldə “İxarc təcrübəsi və mövcud modellər” üzrə müvafiq çıxışlar dinlənilib.
Panellərə uygun olaraq, ikinci paneldə Qırğızıstan Respublikasının Azərbaycandakı Ticarət Platasının rəhbəri Zəfər Məmmədov da iştirak edib.
Z.Məmmədov çıxışı zamanı Qırğızıstan Respublikası haqqında ətraflı məlumat verərək Qırğızıstan - Azərbaycan arasındakı mövcud iqtisadi əlaqələrin inkişafından, eyni zamanda yarana biləcək yeni biznes növlərini və onların yollarını tədbirdə iştirak edən bütün iş adamları və dövlət qurumlarına çatdırdıb.