Bakıda fəaliyyət göstərən kitab mağazalarından ikisi fəaliyyətini dayandırıb.
FED.az BakuPost-a istinadən xəbər verir ki, Xətai rayonunda və metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı “Bravo” marketlərində olan “LIBRAFF” kitab mağazaları bağlanıb.
"LİBRAFF"dan FED.az-a faktı təsdiqləyiblər. Həmçinin o da məlum olub ki, şirkətin digər mağazalarının taleyi qeyri-müəyyəndir. Belə ki, FED.az-ın digər mağazalarınız da bağlanacaq sualına hələ ki, yox cavabı verilib.
Eləcə də bax: Tale Heydərov: "Bu vəzifədən getməyin vaxtı çatmışdı"
"LİBRAFF" mağazalar şəbəkəsi, Fövqəladə hallar Naziri Kamaləddin Heydərovun oğlu Tale Heydərova məxsusdur. Bu mağazalar şəbəkəsi 2017-ci ildə fəaliyyətə başlayıb və paytaxtın görkəmli yerlərində, hava limanında, ticarət mərkəzlərində və Gəncədə oxucuların xidmətinə verilib.
Bir neçə mağazanın açılışını şəxsən Tale Heydərov edib.
Eləcə də bax: Məşhur mağaza ittiham edilir, mağaza - RƏQİBİNDƏN ŞÜBHƏLƏNİR