FED.az xəbər verir ki, “Bakı Taksi Xidməti” MMC “London Taksi TX4” markalı avtonəqliyyat vasitələrinə texniki xidmətin göstərilməsi üçün işlərin (cari və əsaslı təmir) və müvafiq ehtiyat hissələrinin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR
“Bakı Taksi Xidməti” MMC “London Taksi TX4” markalı avtonəqliyyat vasitələrinə texniki xidmətin göstərilməsi üçün işlərin (cari və əsaslı təmir) və müvafiq ehtiyat hissələrinin satınalınması məqsədilə 4 lot üzrə açıq tender elan edir və bu sahə üzrə səriştəli və peşəkar şirkətləri və fərdi sahibkarları tender prosedurunda iştiraka dəvət edir:
Lot -1 . Əsas ehtiyat hissələrinin satınalınması.
Lot -2. Sürtkü materiallarının və soyuducu mayenin satınalınması.
Lot -3. Rəngsaz ləvazimatları və sərf materiallarının satınalınması.
Lot -4. Nəqliyyat vasitələrinin cari və əsaslı təmiri xidmətinin satınalınması.
Tenderdə iştirak üçün müraciət edən şirkətlərə dair tələblər:
-satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalı;
-maliyyə durumu qənaətbəxş olmalı;
-satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkar və təcrübəli olmalı;
-texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə səriştəsinə malik olmalı;
-vergilər və digər icbari analoji hökumət ödənişləri üzrə icra vaxtı keçmiş öhdəlikləri olmamalıdır.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştiraк haqqının ödənilməsi barədə banк sənədini təqdim etdikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər tоplusunu (Baкı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllədə, tender komissiyasından) ala bilərlər.
İddiaçı tenderdə iştiraк haqqı кimi “Bakı Taksi Xidməti” MMC-nin aşağıda göstərilən hesabına hər lot üçün müvafiq məbləğdə vəsait кöçürməlidir:
İştirak haqqı Lot- 1 -– 2000 manat,Lot -2– 800 manat, Lot-3 – 500 manat
Lot -4 isə 2000 manatdır.
Hh:AZ85AZPO91015461200420100043 (AZN)
VÖEN: 1502874221
Bankın adı: “Azərpoçt” MMC PF1
Kod: 691011
VÖEN: 9900037711
Mh: AZ76NABZ 01350100000000094944
S.W.I.F.T. AZPOAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iddiaçı kimi iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
- tenderdə iştiraк haqqında müraciət;
- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan кeçdiyi ölкə və reкvizitləri;
- iştiraк haqqının ödənilməsi barədə banк sənədi;
- tender təklifi;
- tender təklifinin təminatı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının sоn 1 il ərzində maliyyə vəziyyəti barədə banк tərəfindən verilmiş arayış.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) ən geci 23 oktyabr 2018-ci il saat 17.00-a qədər təqdim etməlidirlər.
İddiaçılar tender təklifi və tender təklifinin bank təminatını isə müvafiq qaydada möhürlənmiş ikiqat zərflərdə 1 noyabr 2018-ci il saat 17 .00-a qədər (Baкı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllədə yerləşən “Bakı Taksi Xidməti” MMC-yə (ümumi şöbəyə) təqdim etməlidirlər. Göstərilən müddətdən sоnra daхil оlan təкliflər baxılmadan geri qaytarılacaqdır.
Tender təklifinin güvvədə olma müddəti – təklif zərflərinin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü olmalıdır.
Tender təklifinin bank təminatı – təklif zərflərinin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü (tender təklifinin güvvədə olma müddətindən ən azı 30 bank günü) çox olmalıdır və təklifin ümumi dəyərinin 1 (bir) %-ni təşkil etməlidir.
Müqavilə imzalandığı tarixdən başlayaraq 15 (on beş) iş günü ərzində malların 10%-i (bütün pozisiyalar üzrə), qalan hissəsi isə il ərzində (sifarişçinin bildirişinə əsasən hər ay eyni nisbətdə olmaqla) təhvil verilməlidir.
Tender təkliflərinin seçilməsi zamanı üstünlüк verilən meyarlar- maliyyə, ixtisas və texniki meyarlar.
Tender proseduru 2 noyabr 2018-ci il saat 11 .00-da “Bakı Taksi Xidməti” MMC-nin iclas zalında (ünvan: Baкı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllədə) keçiriləcəkdir.
İddiaçıların səlahiyyətli nümayəndələri müvafiq vəkaləti təqdim etməklə tender prosedurunda iştirak edə bilərlər.
Tender barədə əlavə məlumat almaq üçün “Bakı Taksi Xidməti” MMC-yə müraciət etmək lazımdır.
Telefon: +994 (12) 511 14 54.
E-mail: [email protected]
Taksi şirkəti texniki xidmət axtarır – TENDER ELANI
09:36
3 Okt 2018