Taksi çağırma xidməti "Uber" şirkəti, Orta Şərqli rəqibi "Careem" şirkətini 3.1 milyard dollara satın aldığını açıqlayıb.
FED.az xəbər verir ki, bu, şirkətin ən böyük satınalmasıdır. Söz mövzusu satınalmanın, "Uber"in gələn ay başlaması gözlənilən səhmlərinin ilkin kütləvi satışı (İPO) müddətindən dərhal əvvəl baş verməsi diqqəti cəlb edir.
İki rəqib təxminən 9 aydır ola biləcək satınalmanı müzakirə edirdilər.
100% "Uber"ə bağlı olacaq "Careem" şirkətinin rəhbərləri vəzifələrinə davam edəcəklər. Satınalmanın tamamlanması ilə idarə heyətində 3 "Uber" nümayəndəsi və 2 "Careem" nümayəndəsi vəzifə tutacaq.
Dubayda 2012-ci ildə qurulan "Careem"; Orta Şərq, Şimal Afrika və Pakistanda "Uber"dən daha böyük bir bazara sahibdir.
Eləcə də bax: Eldar Əzizov nöqsanlara yol verən məmurları - CİDDİ CƏZALANDIRIB
©Marja