Dünyanın hər yerində restoranların qiymətlərinin formalaşdırılması üçün assosiasiyalar var.
Azərbaycanda restoranların aylıq dövriyyəsi - 100 MİLYON DOLLARA ÇATDI
FED.az xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili bildirib.
"Bizdə restoran qiymətləri necə formalaşır? Ölkəmizdə dünyada olduğu kimi assosiasiyalar yoxdur. Restoran qiymətlərini onlar tənzimləməlidir. Dövlət bütün bu qiymətləri tənzimləyə bilməz. Ona görə də müəyyən sahələrdə qiymətlərin tənzimlənməsi üçün palatalar yaradılmalıdır. Bu palatalara müəyyən səlahiyyətlər verə bilərik. Bundan sonra onlar müəyyən sahələrdə qiymətlərin tənzimlənmələrinə nəzarət edə bilərlər", - deyə o qeyd edib. (Report)