Tacikistanın Ümumi Daxili Məhsulu yanvar-sentyabr aylarında 7,%-lik artım nümayiş etdirib.
FED.az xəbər verir ki, İqtisadi inkişaf və ticarət nazirliyinin məlumatına görə, bu dövrdə ölkədə 52,9 milyard somonluq və ya 5 milyard 123,8 milyon dollarlıq məhsul istehsal edilib.
Eləcə də bax: Bakıda Azərbaycan-Tacikistan Aqrobiznes - FORUMU KEÇİRİLİR
Nazirliyin açıqlamasına görə, bu dövrdə Tacikistanda sənaye 3,3%, kənd təsərrüfatı 7,1%, hefyvandarlıq 7,1%, xidmətlər sektoru isə 3,1% artım nümayiş etdirib.
Qeyd edək ki, ötən il Tacikistan iqtisadiyyatında artım 7,3% olmuşdu. Bu il ölkədə ÜDM-nin 8,2 milyard dollar olması gözlənilir.