“Synergy Sport” MMC ləğv olunduğunu elan edib.
FED.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 55, mənzil 23 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Synergy Sport” 2013-cü ilə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. Şirkət “Synergy Group” MMC-yə daxildir.